Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İH-nın başçısı Şahmar Usubov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirdi

0

  •           Xocalı rayon İcra
    Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə
    keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 10 mart 2022-ci il tarixdə
    Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşmış
    sakinlərlə səyyar qəbul - görüş keçirdi.

          Xocalı rayon Kosalar kənd
    tam orta məktəbinin akt zalında təşkil edilən səyyar görüş-qəbulda rayonun
    idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon Kosalar kənd
    sakinləri iştirak etdilər.

           
     Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə
    ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
    aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi”
    kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə danışdı,
    eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş
    dövlət qərarları haqqında ətraflı məlumat verdi.

         
      Kosalar camaatının mərdliyindən, qoçaqlığından söz açan Şahmar
    Usubov onların hər zaman öz halal zəhmətləri ilə dolandıqlarını bildirdi.
    Rayon rəhbərliyinin də belə zəhmətkeş insanlara dəstək göstərməkdə borclu
    olduğunu vurğuladı.

           
    Sonra Xocal rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nünayəndəsi Şahid
    Rzayev çıxış edərək qəsəbədə olan ümumi problemləri diqqətə çatdırdı. Şahid
    Rzayev qəsəbədə nasazlıqları olan transformatorların dəyişdirilməsi,
    post-patrul xidmətinin təşkil edildməsi və qazilərimizin, gənclərimizin işlə
    təmin olunması məsələlərini səsləndirdi.

           
      Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri
    dinlənildi. Onları nərahat edən məsələlər Rayon İcra Hakimiyyəti
    başçısının nəzərinə çatdırıldı. 

           
     Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar
    tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə
    götürüldü. Qeyd edək ki, səyyar görüş-qəbulda 42 nəfər sakin iştirak etdi.

      
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib53 dəfə
    Xocalı rayon İH nın başçısı Şahmar Usubov sakinlərlə növbəti səyyar qəbul görüş keçirdi

    Maraqlı gələ bilər
    74
    26